loading...

Ağıl dərmanı

Əlavə etdi: | Bölüm: Molla Nəsrəddin | Oxunub: 2339 dəfə | Reytinq: 6.1

Bir gün molla bazarda oturub qarşısına bir neçə alma toxumu qoyur və müştəri gözləməyə başlayır. Molla çox gözləmir bir neçə dəqiqəyə şəhərin qazısı mollanın qarşısından keçəndə bu qəribə alveri görür.Yaxınlaşıb deyir."Molla?Bu nədi satırsan?" Qazının salamsız kəlamsiz davranışına cavab olaraq molla deyir:"Ağıl dərmanıdır".
"Bəs bunu necə istifadə edirlər?"
"Həb kimi atıb üstündən su içmək lazımdır, təsiri bir neçə dəqiqəyə özünü göstərir"
"Bəs neçəyədir?"
"Biri bir manata"-molla cavab verir.
"Bahadır"-qazı deyir.
"Bahadırsa alma,kim məcbur edir səni"
Qazı fikirləşir,və deyir.:"Yaxşı ikisini ver onda"
Molla iki dənə toxum götürüb qazıya verir və pulunu alır.
Qazı birbaşa evə gedib tələsik toxumlardan birini atır üstündən bir qurtum su içir.Durmadan ikinci toxumu da atır yenə üstündən su içib oturur və dərmanın təsirini səbirsizliklə gözləməyə başlayır. 
Birdən qazı nə fikirləşirsə durub qaçır bazara axtarıb mollanı tapır və yaxasından tutub deyir:"Molla , sən məni aldatmısan!"
"Nədə aldatmışam de görüm?"
"A kişi, iki toxuma məndən iki manat qoparmısan, elə o iki manata mən iki kilo alma alardım, almaları yeyərdim üstəlik də bir ovuc toxumu mənə qalardı.Heç alma toxumu ilə də adamın başında ağlı artar?!"
"Necə artmaz?? Özün də görürsən ki necə artır!"-deyə molla gülərək yaxasını kənara çəkir. 

Buna bənzər lətifələr

Sonuncular

Hamısı

Ən bəyənilənlər

Hamısı

Ən çox oxunanlar

Hamısı

Çox şərh edilənlər