loading...

Azərbaycan lətİfələrİ

Lətifə ərəbcə lətif sözündən olub xoş söz, incə ifadə mənasını bildirir. Lətifələrin formalaşma tarixi IX yüzillikdən sonrakı dövrlərə gedib çıxır. İlk mərhələdə lətifələr türk yazılı nəsrinin təhkiyə formasında yayılmışdır. Ərəb istilasından sonra isə Åžərq qaynaqları, xüsusilə ərəb düşüncəsində geniş yer tutan, başlıca təhkiyə, nəql etmə, nəsihətamizlik funksiyalarını üzərinə götürən lətifələrlə - xalq arasında insanları güldürən sözlər çarpazlaşmış və milli epik düşüncədə onun formalaşma prosesi başlamışdır. Beləliklə, lətifələr cəmiyyət həyatındakı ziddiyyət və əksiklikləri – gerilik, cəhalət, nadanlıq, tamahkarlıq, zülm və riyakarlığı gülüş yolu ilə aradan qaldırmağa, insanları yaxşılığa istiqamətləndirməyə çağıran xalq nəsri nümunəsidir.

Azərbaycanda ilk lətifə toplusu 1908-ci ildə Ə.Müznib tərəfindən nəşr olunmuşdur. O, sonralar da lətifələrin toplanma və nəşr işləri ilə məşğul olmuş, bir sıra regional lətifələrlə yanaşı, Bəhlul Danəndə (Azərbaycanda yayılan lətifələrin bizə gəlib çatan ən qədim nümunəsi məhz Bəhlul Danəndənin adı ilə bağlıdır) və Molla Nəsrəddin lətifələrinin beş yüzdən artıq nümunəsini toplamışdır.

Azərbaycan lətifələri aşağıdakı kimi təsnif edilir:

  1. Bəhlul Danəndə lətifələri
  2. Molla Nəsrəddin lətifələri
  3. Regional lətifələr

Regional lətifələr də öz növbəsində bölünür:

  1. Åžəki lətifələri (daha çox Hacı dayı ilə bağlı)
  2. Qarabağ və Abdal Qasım lətifələri
  3. Ayrım lətifələri
  4. Ləzgi lətifələri
  5. Müxtəlif məzmunlu lətifələr

Sayt haqqında

Azərbaycan dilində lətifə axtarmağa çalışdım. Bir normal sayt tapa bilmədim. Az sayda lətifə, ya köhnə yarımçıq saytlarda, ya da hansısa başqa adiyyəti olmayan forum və saytların tərkibində tapdım. Sırf lətifəyə aid, yeni yalnız bir sayt tapmaq mümkündür, o daki Azərbaycandaki 80% saytlar kimi hazır proqram üzərində qurulmuş saytdır və məni bu irgəndirir. 

Ona görə bu mövzuda yeni və original sayt yaratmaq fikrinə düşdüm. Saytın prinsipi sadəlik və onunla yanaşı yüksək funksionallıqdır. Mövzu çərçivəsində mümkün olan lazımi proqram imkanlarını əlavə etmişəm. Gələcəkdə sizin istəyinizə və tələbata əsasən sayta müxtəlif yeni funksional imkanlar əlavə olunacaq.

Sizə qalır əhvalınızı qaldırmaq üçün asudə vaxtınızda lətifələri oxumaq və yenilərini əlavə etmək. Bildiyiniz maraqlı və yeni lətifələri bizlə bölüşə bilərsiniz. Bunun üçün sadə qeydiyyat prosesini keçirsiniz və hesabınıza daxil olduqdan sonra lətifələri əlavə edirsiniz.

Ən maraqlı və reytinqli lətifəni müəyyən etmək üçün lətifəni oxuduqdan sonra lətifəni bəyənib bəyənmədiyinizi bildirməyi unutmayın.

 

Sonuncular

Hamısı

Ən bəyənilənlər

Hamısı

Ən çox oxunanlar

Hamısı

Çox şərh edilənlər